AZ

Putin yeni müharibə şəraitinə uyğun hökümət qurur- TƏHLİL

Rusiya Prezidenti Vladimir Putinin yeni hökümətin tərkibinə təklif etdiyi namizədlər sözün həqiqi mənasında bomba partlayışı effekti yaratdı. Çünki, yeni hökümətdə kifayət qədər yeni similar var. Bundan əlavə bəzi fenomenlərin qapı arxasında qalması da xeyli maraq doğurur.

Məsələn, Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib. Onun əvvəlki vəzifəsinə isə Baş nazirin birinci müavini vəzifəsini tutmuş Andrey Belousovu təklif edilib.

Əslində bir neçə gün əvvəl Mixail Mişustinin yeni hökumətdə baş nazirin birinci müavini vəzifəsinə Denis Manturovu təklif edəndə Rusiyanın iqtisadi siyasətini izləyən insanların bir qədər çaşqın və hətta bir az ehtiyatlı reaksiya verdi. Baxmayaraq ki, Manturovun və onun rəhbərlik etdiyi Sənaye və Ticarət Nazirliyinin yerli iqtisadiyyatın son illərin bütün çətinliklərinin (pandemiyadan tutmuş “cəhənnəm sanksiyalarına” qədər) öhdəsindən gəlməsində töhfəsi böyükdür. Ona görə də onun yeni təyinatı bir qədər təəccüblü görünsə də tamamilə məntiqlidir.

Məsələ burasındadır ki, Belousov da sıradan biri deyildi. O, uzun illər prezidentin köməkçisi olarkən dövlət tənzimləməsinin gücləndirilməsi, Rusiyanın yenidən sənayeləşdirilməsi və ölkənin inkişafının əsas mühərriki kimi real sektora arxalanmaq ideyalarını ardıcıl surətdə irəli sürən bir şəxs olub.

Bununla belə, əsas sürpriz onun Müdafiə Nazirliyinə keçməsi idi. Bu baxımdan yaxın günlərdə Putinin niyə müdafiə naziri postuna sırf mülki şəxs və iqtisadçı seçməsi ilə bağlı çoxlu versiyalar eşidəcəyik.

Bu arada Kreml bir çox başqa hallarda olduğu kimi prezidentin bu seçiminə də açıq izahat verib.

Birincisi, son illərdə məlum şəraitə görə Rusiyanın hərbi və təhlükəsizlik büdcəsi bütövlükdə kəskin şəkildə artıb: o, artıq ÜDM-in 6,7%-nə çatıb və sovet dövrünün son göstəricisi olan 7,4%-ə yaxınlaşır. Nəzərə alaq ki, hərbi büdcənin nəhəng yükü Sovet iqtisadiyyatının sonunu gətirmişdi. Bu o demək deyil ki, Rusiyada hərbi xərcləri  azaltmaq lazımdır. Bu da sırf iqtisadçı işdir.

İkincisi, Dmitri Peskov birbaşa bildirdi ki, “bu gün döyüş meydanında qalib yeniliyə açıq, ən sürətli tətbiqə daha açıq olandır”.

Göründüyü kimi, Kreml Qərblə qarşıdurmanın tez bir zamanda bitəcəyinə ümid bəsləmir və Rusiya ordusu bir çox sınaqlar və döyüşlərlə üz-üzədir. Lakin Vladimir Putin dövlət siyasətinin əsas məqsədini əhalinin qorunması adlandırdı. Və bu, mülki əhalidən az olmayan hərbçilərə aiddir. Nəticə etibarilə, vəzifə ordunu əsgərlərin həyatını xilas etmək üçün mümkün olan hər şeyi, o cümlədən ən son yenilikləri - şəxsi sursatlardan tutmuş ağır silahlara qədər təmin etməkdir.

Bu, Vladimir Putinin Andrey Belousovu müdafiə naziri, strateji və milli maraqlar baxımından düşünən, Rusiya iqtisadiyyatının transformasiyası üzərində böyük təcrübəyə malik iqtisadçı və orduya xidmət edən sənaye ilə güclü əlaqələri olan iqtisadçı seçməsinin səbəbini izah edir.

Görünür ki, Rusiya yeni müharibə şəraitində öz iqtisadiyyatını yenidən qurur.

İlhamə Qiyas, News365.az  


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
news365.az

1Mənbələr