AZ

Azərbaycan çempionatının mükafatçıları müəyyənləşəcək

Bu gün minifutbol üzrə Azərbaycan çempionatında 2023/24 mövsümünə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, son oyun günündə mükafatçılar bəlli olacaq.

Bakı Tennis Akademiyasının meydanında öncə 3-cü yer uğrunda matç baş tutacaq. “Odlar Yurdu” və “Real” bürünc medalın sahibini müəyyənləşdirəcək.

Çempionat final görüşü ilə başa çatacaq. “Birbaşa Bakı” və “Aznur” çempionun adına aydınlıq gətirəcək.

Azərbaycan çempionatı
14 may
3-cü yer uğrunda oyun
19:30. “Odlar Yurdu” – “Real”
Final
21:00. “Birbaşa Bakı” – “Aznur”

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
idman.biz

1Mənbələr