AZ

Masazır qəsəbəsində ilk “Kontakt” həyəcanı - MAYIN 19-DƏK MEQA ENDİRİMLƏR

Bu məqalədə Masazır qəsəbəsinin sakinlərini sevindirən xəbər var: Artıq eviniz üçün axtardığınız hər şeyi qəsəbənin düz mərkəzində açılan “Kontakt”dan ala bilərsiniz!

Şəbəkənin qəsəbədə ilk mağazasının açılışı canlı musiqi və əyləncəli şou-proqram ilə yadda qalan olub. Üstəlik, açılışa gələn ziyarətçilər bir-birindən maraqlı müsabiqələrdə iştirak edərək müxtəlif hədiyyələr qazanıb.

ŞƏXSİ VƏ MƏİŞƏT EHTİYACLARINIZ BİR MAĞAZADA…

Masazır mağazasının istifadə imkanları və məhsul kateqoriyaları da mütləq qeyd olunmalı məqamdır. Bəhs edilən mağaza 800 m2 -dən çox xidmət sahəsinə malik olub, 2 mərtəbədə alıcılarına rəqəmsal, böyük və kiçik məişət, mebel, qab-qacaq və digər elektronika əşyalarının ən zəngin çeşidini təqdim edir. Bu isə o deməkdir ki, artıq nəinki Masazır camaatı, ətraf qəsəbədə yaşayanlar da axtardıqlarını “Kontakt”ın bu ünvanından rahatlıqla tapa biləcəklər.

İndi isə, hər kəsin əsas maraqlandığı məqamlara toxunaq: ENDİRİMLƏR

Mağazanın fəaliyyətə başlaması münasibətilə nağd alışda 60%-dək meqa endirimlər istisnasız hər növ məhsul kateqoriyasını əhatə edir.

Ən qaçırılmaz fürsət isə, 60%-dək endirimli məhsulların məhz elə endirimli qiymətini yerindəcə düz 6 aya bölərək hissəli ödəmə şansının olmasıdır.

Hissəli alışa olan güzəştlər isə yalnız 6 ay ilə məhdudlaşmır. Çünki “Kontakt” müştərilərinə istənilən smartfon, notbuk, smart saat, qulaqlıq, televizor, məişət texnikası və qab-qacaqları 18 ay; mebelleri isə 24 ay ilkin ödənişsiz, faizsiz, hələ üstəlik, tam komissiyasız şərtlərlə əldə etmək şansı yaradıb.

Qeyd edək ki, bütün sərfəli imkanlar hal-hazırda da keçərlidir və sadəcə mayın 19-dək  davam edəcək.

Bu açılış kampaniyası çərçivəsində:

Bu təklifləri görmədən inanmaq çətindir. Ona görə də, bütün bu həqiqi endirimlər ilə daha yaxından tanış olmaq üçün vaxt itirmədən “Kontakt”ın Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 145 ünvanında yerləşən yeni mağazasına gəlin, görün, alın!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
12
fed.az

10Mənbələr