AZ

Azərbaycanda Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək

  1. Bildiyimiz kimi bu il 1 iyun tarixində ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək. Maraqlıdır Əmlak və İnvestisiya  sahəsində zirvə görüşü təşkil etmək ideyası necə yaranıb?

Mən Günel Ağazadə olaraq deyə bilərəm ki yaşadığım hər bir keys, hadisə mənim üçün bir fürsət doğurur. Necə desək beyində lampa yanır. Gələk yaranma məsələsinə özümün gözləmlədiyim və bazar araşdırmalarım nəticəsində əmlak sektorunda boşluğun olması bu zirvə görüşünü təşkil etməyimə səbəb oldu. Son zamanlar Azərbaycanda təhsil, səhiyyə, menecment, marketinq və s. sahələr sözün əsl mənasında inkişaf edib və icon halına gəlibdir, amma əmlak sahəsi hələ bazarda iconlaşmayıb. Qısası hələ də realter və ya əmlak  kəlməsini istifadə edəndə makler düşünürük. Bu zinciri qırmağın ən gözəl yolu isə insanları marifləndirməkdir deyə düşünürəm.

  1. Tədbir "Gələcəyə Doğru Yatırım" konsept mesajı ilə təşkil olunur. Gələcəyə doğru yatırım etmək üçün nələr etməliyik? Sizcə, zirvə bu mesajı tam ötürə biləcək mi?

Gələcəyə doğru yatırım mesajının şüuraltısı, insanların əmlak sektoruna olunacaq investisiya imkanları geri dönüşləri, əmlak dedikdə yalnız yaşam alanı olaraq deyil də, yatırım məqsədli baxış bucağını yaratmaq və ən əsası yalnız Azərbaycan bazarını deyil, beynəlxalq bazarı da tanımaqdır. Qaldıkı zirvənin bu mesaji ötürüb ötürməməsinə düşünürəm ki, buna gələn iştirakçılar qərar verəcək, amma onu deyə bilərəm ki, təhsildə, idarə etmədə xarici bazara maraq salıb faydalanmaq istəyənlər varsa niyə də əmlak sektorunda xaricdən faydalanmayaq? Bunun üçün də Beynəlxalq edirik.

  1. 1 iyunda təşkil olunacaq Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsində sahibkarlar, investorlar, dövlət rəsmiləri bir araya gələcək. Keçiriləcək zirvədə bizi nələr gözləyir? 

Bu sualınız iki kəlmə ilə cavablandırmaq istəyirəm 1 mariflənmək, 2 xarici və yerli əlaqələr. Məncə bu kifayətdir. Ən azından Azərbaycandan Braziliya, Amerika, Isveç, Almanya, Polşa gəzintisi edərək bazarı bilib hər hansısa fikirlər insanlarımızda formalaşacaq. Mariflənmək ən böyük qatqıdır deyə düşünürəm.

  1. Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinə maraq necədir, qane edirmi? Təşkilati işlər hansı mərhələdədir?

Konsept mesajinin haqqını veririk deyə bilərik, çünki plandığımız və gedişata əsasən zirvəni hər il davamlı etməyi düşünürük. Arxa fonda komanda daxili işləri bitirib,  hədəf kütləmizə elanını edirik. Gözlədiyimiz kimi kütlə tərəfindən maraqla qarşılanır.

  1. Biraz da spikerlərdən danışaq. Günel xanım, ümumi neçə spiker nəzərdə tutulub? Spikerlər hansı amillərə əsasən seçilir?

Gəldik məsələnin əsas hissəsinə necə deyərlər təməlinə. Tədbir formatında biraz konseptdən çıxaraq  maraq oyadacayıq. Standartları dəyişmək məni motive edir. Düşünürəm ki gələn iştirakçıların daimi beynində indi görəsən nə olacaq? sualı marağı olacaq. Spiker olaraq isə 11 nəfərin çıxışı nəzərdə tutulub. Tədbir formatı ilkin olaraq tək çıxışlar, sonra isə panel və ən son xarici spikerlərin online çıxışları ilə nəzərdə tutulub. Spikerlərin hər biri öz sahəsində öz sözün deyən yerli və xarici bazarı bilərək datalarla sunan və ən əsası auditoriyanın marağını cəlb edən şəxslərdir. Mən inanıram ki tədbirdə kimsə telefonla oynamayacaq yada getmək üçün can atmayacaq.

  1. Zirvə yerli şirkətlərə, eləcə də iştirak edən şəxslərə nə kimi fayda verəcək? Sponsor və ya tərəfdaş kimi iştirak etmək istəyən şirkətlər hansı ünvana müraciət etməlidirlər?

İlkin olaraq ən basitindən bunu deyə bilərəm ki, hər birimiz bir evdə qalırıq deyə evlərimizi kəşf etmək, dəyər biçmək, fərqli bilgilər əldə edib analiz etmək hər kəs tərəfindən maraqlı olar. Faydanın ən böyük qismi  isə Avropa, Amerika və Braziliya bazarını Azərbaycandan tədbirdə iştirakla öyrənəcəklər, xarici əlaqələr quracaq və xarici bazar da eyni zamanda Azərbaycanı kəşf edib tanıyacaq. Bu belə bizim üçün uğur imzası sayılır, çünki mənim etmək istədiyimin fərqi yalnız Azərbaycan xaricə getməsin, xaric də Azərbaycana gəlsin. Adından da göründüyü kimi Between olaraq ölkələr arasında körpü rolunu oynamağı hədəfləyirik. Sponsorluq və tərəfdaşlıqda maraqlı olanlar sosial hesablarımızdan müraciət edə  və ya saytımız üzərindən bizimlə əlaqə saxlaya bilərlər.

  1. Adından da göründüyü kimi beynəlxalq səviyyədə təşkil olunan zirvəyə xarici şirkətlərin marağı necədir?

Azərbaycan bazarında PR Tanıtım edərək öz şirkətini tanıtmaq və yeni potensial müştərilər qazanmaq burda onların maraq dairəsidir.

  1. Tədbirdə iştirak etmək istəyən şəxslər bileti necə əldə edə bilərlər?

Bunun üçün propertyandinvestment sosial hesablarına yaza və ya https://propertyandinvestment.az/ saytından birbaşa biletləri əldə edə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
6
iqtisadiyyat.az

7Mənbələr