AZ

İsrail onu Qəzzada axtarır: görün harada gizlənibmiş

HƏMAS lideri və İsrailin bir nömrəli hədəfi Yəhya Sinvarın Rəfahda deyil, Xan Yunisdə ola biləcəyi düşünülür.

Publika.az xəbər verir ki, “New York Times” qəzeti Yəhya Sinvar haqqında son kəşfiyyat məlumatlarını paylaşıb.

Nəşrin məlumatına görə, Sinvar çox güman ki, Qəzzanın şimalında Xan Yunis altındakı tunel şəbəkəsini heç vaxt tərk etməyib.

7 oktyabr hücumlarının memarı hesab olunan Sinvarın müharibənin bitməsində əsas fiqurlardan biri olduğu iddia edilir. İsrail mətbuatında əks olunan iddialara görə isə, Sinvarın Xan Yunisdə, hətta daha şimalda Qəzza şəhərində olması ehtimalı da var. İsrailin "Haaretz" qəzeti də iddiaların Təl-Əviv rəhbərliyinin hərbi məqsədlərinə zidd olduğuna bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
publika.az

1Mənbələr