AZ

Tanınmış rejissor İrandan qaçdı

Bir neçə gün əvvəl barəsində 8 il həbs qərarı çıxarılan tanınmış rejissor Məhəmməd Rəsulov qaçaq yolla İranı tərk edib.

Axar.az xəbər verir ki, rejissor bu barədə özünün sosial şəbəkə səhifəsində paylaşım edib.

7 il əvvəl pasportunun əlindən alındığını və ölkədən çıxışına qadağa qoyulduğunu deyən rejissor paylaşımında hazırda təhlükəsiz yerdə olduğunu deyib və ölkədən çıxmasına yardım edənlərə təşəkkürünü bildirib.

“İranın sərhədlərinin sizin əlinizdə olduğunu düşünürsünüzsə, sadəcə yuxu görürsünüz. Coğrafi İran sizin dini istibdadınızın çəkmələri altında əziyyət çəksə də, mədəni İran sizin vəhşiliyiniz və qəddarlığınız ucbatından ölkəni tərk etmək məcburiyyətində qalan milyonlarla iranlının ümumi şüurunda yaşayır və heç bir güc ona öz iradəsini tətbiq edə bilməz. Bu gündən mən mədəni İranın sakiniyəm", - Rəsulov bildirib.

O, hazırda Avropa ölkələrinfən birində olduğunu desə də, sığındığı ölkənin adını açıqlamayıb.

Qeyd edək ki, may ayının 8-də Tehranın İnqilab Məhkəməsi "əlbir olmaq, bəyanatlar yaymaq və sənədli filmlər hazırlamaqla ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq" ittihamı ilə rejissor barədə 8 il həbs qərarı çıxarıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
axar.az

2Mənbələr