AZ

Türkiyəli aktrisa vəfat etdi

Türkiyəli teatr və kino sənətçisi Aytən Gökçer 84 yaşında dünyasını dəyişib.


Bakupost.az xəbər verir ki, aktrisanın cənazəsi mayın 15-i çərşənbə günü günorta namazından sonra Zincirlikuyu qəbiristanlığında həyat yoldaşı Cüneyt Gökçerin yanında dəfn ediləcək.

Aytən Gökçer 26 yanvar 1940-cı ildə Ankarada anadan olub. 1952-ci ildə Ankara Dövlət Konservatoriyasının balet bölümünə başlayan Gökçer, 1958-ci ildə Ankara Dövlət Teatrının rəssam heyətində işə başlayıb.

1964-cü ildə teatr aktyoru Cüneyt Gökçerlə ailə quran Aytən Gökçerin Aslı Gökçer Oba adlı bir qızı var.

Elnur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
299
8
bakupost.az

9Mənbələr