AZ

Rusiyalı hərbi ekspert: Rusiyada yeni hərbi iqtisadiyyat qurulacaq

Rusiya lideri Putinin keçmiş baş nazirin birinci müavini Belousovun müdafiə naziri təyin edilməsi təklifini dəyərləndirən rusiyalı hərbi ekspert Koşkin vurğulayıb ki, yeni nazirin təyinatında əsas məqsəd Rusiya ordusunu yeni reallıqlara ən yaxşı şəkildə hazırlamaqdır.

Editor.az xəbər verir ki, Hərbi Politoloqlar Assosiasiyasının üzvü, Rusiya Plexanov İqtisadiyyat Universitetinin Siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının müdiri Andrey Koşkin Sputnik-ə açıqlamasında orduda alınan bütün qərarların onun gücləndirilməsinə əsaslandığını bildirib.

O bildirib ki, vəziyyət indi kifayət qədər kəskindir və Rusiya Federasiyasını məhv etmək məqsədi daşıyan kollektiv Qərb dövlətləri tərəfindən daha da gərginləşir: “Bizim vəzifəmiz buna müqavimət göstərməkdir. Qərb dövlətləri birtərəfli sanksiyaları ilə bizi iqtisadi cəhətdən diz çökdürə bilmədilər. Döyüş meydanında da qalib gələ bilmədilər. Biz əks hücumu dəf etdik və indi döyüş təmas xətti boyunca bütün istiqamətlərdə Ukraynanın qərb hissəsinə doğru irəliləyirik. Xarkov vilayətində tərəqqi davamlı və sürətlə gedir”.

Qərbin münaqişəni uzatmaq yolu tutduğunu və bu vəziyyətdə hərbi sənaye sektorunun xüsusi rol qazandığını vurğulayan Koşkin sözlərini belə davam etdirdi: “Bu şəraitdə hibrid xarakterli uzun sürən silahlı münaqişədə uğura yalnız iqtisadiyyat zəmanət verə bilər. Ona görə də hər bir dövlət üçün kifayət qədər mürəkkəb və baha başa gələn hərbi iqtisadiyyat xüsusi rol oynamağa başlayır. Onu ölkənin ümumi iqtisadiyyatına inteqrasiya etmək üçün nəinki iqtisadiyyatı yaxşı bilən, həm də uzaqgörən, strateji dövlət qərarları qəbul etməyi bilən savadlı kadrlar lazımdır. Bu gün məlum oldu ki, Andrey Belousov bu sahədə birinci dərəcəli mütəxəssisdir. O, hökumətdə yüksək vəzifələrdə fərqlənirdi”.

//Gülnarə Abasova, Editor.az

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
50
editor.az

10Mənbələr