Hindistanın Mumbay şəhərində fırtınaya görə nəhəng reklam lövhəsinin uçması nəticəsində 12 nəfər ölüb, 60-dan çox insan yaralanıb.

İndex.az xəbər verir ki, uzunluğu 70 metr olduğu deyilən reklam lövhəsi şəhərin maliyyə mərkəzinin ərazisindəki evlərin və yanacaqdoldurma məntəqəsinin üzərinə düşüb.

Hələ də panelin altında olduğu güman edilən insanların xilas edilməsi üçün xilasedicilərlə iş aparılır.

Təbii Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin müfəttişi Qaurav Çauhan nəhəng reklam lövhəsinin dağıntıları altından 8 nəfərin cəsədinin çıxarıldığını, daha 4 nəfərin cəsədinin şəxsiyyətinin müəyyən edildiyini və onların çıxarılması işlərinin davam etdirildiyini açıqlayıb.

Panelin düşdüyü yerdə neft nasoslarının olması yanğın təhlükəsi yaratdığından işlər diqqətlə aparılır.