AZ

Yuxunu yaxşılaşdıran qidalar

"Adekvat yuxu insan orqanizminin normal fəaliyyətinin ayrılmaz fizioloji komponentidir. Yuxunuzun keyfiyyətini yaxşılaşdıra biləcək bir sıra məhsullar var".

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu biotibb üzrə mütəxəssis Aleksandr Sozıkin deyib.

O deyib ki, albalı və ya albalı suyu, süd məhsulları yuxunu yaxşılaşdıran qidalardır:

"Süd məhsullarının tərkibində ürək əzələsinin işləməsi və sinir impulslarının keçirilməsi üçün lazım olan kalsium var ki, bu da yuxunu yaxşılaşdırır. Balqabaqdan hazırlanan yeməklər də yuxu üçün faydalıdır. Onların tərkibində sinir hüceyrələrinin stimullaşdırılmasına yardım edən maqnezium var. Keyfiyyətli yuxunu təmin edən vitaminlərdən B vitaminləri, xüsusilə də dəniz balıqlarında olan B6 vitaminləri birinci yerdədir. Bundan əlavə, D3, C, E vitaminləri və fol turşusu yuxunun komponentlərinə faydalı təsir göstərir". 

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
redaktor.az

1Mənbələr