AZ

Oynaq ağrıları

Oynaq ağrısı oynaqdakı bağların, oynaq kisəsinin, vətərlərin zədələnməsindən sonra müşahidə oluna bilər. Zədə həmçinin oynaqdakı qığırdaq və sümükləri də əhatə edə bilər.

Digər tərəfdən ağrı oynaqdakı iltihab prosesinin və infeksiyanın göstəricisi ola bilər. Məsələn, revmatoid artrit, osteoartrit və s. Çox nadir hallarda oynağın xərçənginin əlamətidir. Cinsi yolla keçən xəstəliklərdən xlamidiya və süzənək də oynaq ağrısına səbəb ola bilər.

Oynaq ağrısı ilə əlaqəli əlamətlər:

Oynağın qızarması
Oynağın ödemi
Oynaqda həssaslıq
Oynağın isti olması
Oynaqda hərəkətin məhdudlaşması
Zəiflik

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
oxu24.com

1Mənbələr