AZ

TƏBİB rəsmisi Bakı Baş Səhiyyə Mərkəzində görüş keçirib 

TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) Təlim Mərkəzində görüş keçirib.
 
BBSM-dan Aztibb.az-a verilən xəbərə görə, görüşdə Mərkəzin direktor müavinləri Ləman Mursaqulova, Güllü İbadova, İnsan resursları və hüquq departamentinin Təlim və inkişaf şöbəsinin müdiri Nərgiz Bağırova da iştirak ediblər.
 
Görüşün əsas məqsədi təlim mərkəzlərinin cari vəziyyəti ilə tanışlıq, yeni təlim ehtiyaclarının dəyərləndirilməsi, təlimlərin idarəedilməsi sahəsində gələcək planların müzakirə edilməsi və s. olub.
 
TƏBİB rəsmisi Mərkəzdə müxtəlif mövzularda həyata keçirilən təlimləri yüksək qiymətləndirib, təlimlərin həyata keçirilməsi ilə bağlı gələcək planlar, qarşıya qoyulan məqsədlər ətrafında müzakirələr aparılıb. Təlimlərin həyata keçirilməsində yeni mexanizmlərin işlənib-hazırlanması, təlimçi bazasının yerli kadrlar hesabına təkmilləşdirilməsi, bu istiqamətdə bir sıra innovativ yeniliklərin tətbiqi kimi mövzulara aydınlıq gətirilib.
 
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
1
aztibb.az

2Mənbələr