AZ

“Azərbaycanlıların ən çox sevdiyim sözü…” - İbrahim Tatlısəs

Xəbər verdiyimiz kimi, mayın 12-də türkiyəli müğənni İbrahim Tatlısəs Bakıda təşkil olunacağ konserti ilə əlaqədər ölkəmizə gəlmişdi.

Konsert öncəsi “Xəzər TV”-nin əməkdaşlarına müsahibə verən Tatlısəs, maraqlı açıqlamalar edib.

O bildirib ki, Azərbaycanlı bacı-qardaşlarımın mənim mahnılarım ilə böyüməsini bilmək çox gözəl bir hissdir. Azəbaycanı çox sevdiyini vurğulayan sənətkar, burada olmağdan böyük şərəf hissi duyduğunu qeyd edib.

“Xəzər TV” əməkdaşının “Allah, sizi bizə çox görməsin” sözünə, “Allah, sizi də mənə çox görməsin” deyərək cavab verən sənətçi, azərbaycanlıların ən çox sevdiyi sözünün bu olduğunu bildirib. 

Türkiyəli müğənni, fiziki məhdudiyyəti ilə bağlı yazılan xəbərlərə isə, “Mən Allahdan gələn heç bir şeydən utanmıram, amma onlar məni paylaşmaqdan utanmadılarsa, mən nə deyim?!” deyərək irad bildirib.

Ətraflı videomaterialda:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
show.az

1Mənbələr