AZ

4 ayda xaricə qaz satışı azalıb

2024-cü ilin yanvar-aprelində Avropaya 4,2 milyard m3, Türkiyəyə 3,2 milyard m3, Gürcüstana isə 1,1 milyard m3 qaz ixracı olunub. Bu barədə energetika naziri Pərviz Şahbazov "X” sosial şəbəkəsindəki hesabında paylaşımında qeyd edib.
 
O qeyd edib ki, bu dövrdə TANAP-la Türkiyəyə 1,8 mlrd.m3 qaz nəql edilib.
 
Onun sözlərinə görə, 4 ayda xaricə qaz satışı ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 2,7 faiz çoxdur.
 
2023-cü ildə Azərbaycan Türkiyəyə 3 milyard 681 milyon 484,94 min dollara (artım 66,7%) 10 milyard 854 milyon 265 min kubmetr qaz (2022-ci illə müqayisədə 58,4 faiz artım) ixrac edib.

Azərbaycanın "Şahdəniz" yatağında hasil edilən təbii qaz Türkiyəyə ixrac edilir. Türkiyə bazarına ilk qaz Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2007-ci ildə daxil olub. Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə qazın kommersiya daşınmasına 30 iyun 2018-ci il tarixində başlanılıb.
 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
anews.az

1Mənbələr