AZ

Blinken qəflətən Kiyevə niyə gəlib?

ABŞ dövlət katibi Antoni Blinken gözlənilmədən səfər etdiyi Kiyevdə Ukraynaya gələcək dəstəyi müzakirə edəcək.

Publika.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Blinken prezident Vladimir Zelenski, baş nazir Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək. Amerikalı diplomat Ukrayna hakimiyyətinə Vaşinqtonun dəstəyini davam etdirmək niyyətində olduğunu çatdırmaq istəyir. Blinken iki günlük səfəri zamanı yerli fəallarla da görüşəcək.

Dövlət Departamentinin rəhbəri Kiyevə Polşadan gecə qatarı ilə gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
2
publika.az

3Mənbələr