AZ

ABŞ Ukraynaya əlavə Patriot sistemlərinin tədarükü üçün müttəfiqləri ilə işləyir

ABŞ Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri tapmaq üçün müttəfiqləri ilə təmaslarını davam etdirir.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan verdiyi açıqlamada qeyd edib.

“Hər gün etdiyim işlərdən biri ən azı bir müttəfiqlə, bəlkə də daha çox müttəfiqlə Ukraynaya əlavə Patriot batareyaları tədarükü haqqında danışmaqdır. Və düşünürəm ki, bu yaxınlarda müttəfiqlərimizdən birindən yaxşı xəbər alacağıq”,- o deyib. Sullivan ABŞ-ın Patriotlardan başqa digər hava hücumundan müdafiə sistemlərinin də axtarışlarını davam etdirdiyinə diqqət çəkib.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
editor.az

1Mənbələr