AZ

Blinken Kiyevə gözlənilməz səfər edib

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken Kiyevə gözlənilməz səfəredib.

Trend xəbərverir ki, Blinken bu barədə "X" platformasında paylaşım edib.

O, ABŞ-nin Ukraynaya sarsılmaz dəstəyini nümayiş etdirməkməqsədilə yenidən Kiyevə səfər etdiyini bildirib.

Xatırladaq ki, Blinken bu yaxınlarda NATO-nun Rusiyaya qarşı heçbir mənfi niyyətinin olmadığını açıqlayıb.

"Daha əvvəl də qeyd etdiyim kimi, NATO müdafiə təşkilatıdır.Onun Rusiyaya qarşı heç vaxt mənfi niyyəti olmayıb və olmayacaq", -Blinken deyib.

Bundan başqa, ABŞ dövlət katibi Rusiya danışıqlara hazır olankimi Qərbin buna qarşılıq verəcəyini bildirib.

"Rusiya danışıqlara hazır olduğunu nümayiş etdirən kimi bizmütləq orada olacağıq və inanıram ki, ukraynalılar da oradaolacaq", - deyə ABŞ dövlət katibi əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
az.trend.az

1Mənbələr