AZ

İsrail Rəfahı işğal edəcək

İsrail

İsrail yaxın günlərdə genişmiqyaslı quru əməliyyatına başlamaq üçün Fələstinin Rəfah şəhəri ətrafında kifayət qədər hərbçi toplayıb.

Bu barədə CNN Amerika rəsmilərinə istinadən məlumat yayıb.

ABŞ prezidenti Co Bayden administrasiyasının hesablamalarına görə, İsrail yaxın günlərdə Rəfahda əməliyyat keçirə bilər. Bununla belə, ABŞ rəsmiləri yəhudi dövlətinin Baydenə “birbaşa çağırış” olacaq bu addımla bağlı yekun qərar verdiyinə əmin deyillər. Rəsmilərdən biri deyib ki, İsrail qida və gigiyena infrastrukturunun qurulmasını əhatə edən Rəfahda quru əməliyyatı üçün hələ lazımi hazırlıqları görməyib. Eyni zamanda, telekanalın vurğuladığı kimi, İsrail Rəfahı işğal etsə, bu, əslində ABŞ-ın son aylarda etdiyi xəbərdarlıqlara zidd olacaq.

Cavid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
xalqcebhesi.az

1Mənbələr