AZ

Azərbaycanın xaricə at satışından gəliri artıb

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan 348 ədəd diri at ixrac edib.

Valyuta.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu həcmdə atın ixrac dəyəri 69,61 min ABŞ dolları təşkil edib. 

Bunlar, həcm baxımından 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə  53 ədəd (13,2 %) azdır, dəyər baxımından isə 6,3 min manat (8,8 %) çoxdur. 

Bununla yanaşı, 2024-cü ilin yanvar-fevral aylarında ixrac edilmiş 348 atın 307-i Qazaxıstana, 30-u Özbəkistana, 11-i Türkiyəyə ixrac edilib. 

Bu il Azərbaycana diri at idxal edilməyib. 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana 32 ədəd at idxal edilib ki, bu həcmdə atın idxal dəyəri 62,28 min olub. 

Nara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
valyuta.az

1Mənbələr