AZ

Türkiyədə beş minədək cinayətkar saxlanıldı



Son beş gün ərzində Türkiyədə müxtəlif cinayətlərdən axtarışda olan 4995 nəfər saxlanılıb.

aia.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlamasında bildirib.

Məlumata əsasən, ölkənin 81 vilayətində “Çəmbər-18” kod adı altında keçirilən əməliyyatda Türkiyənin təhlükəsizlik qüvvələrinin müxtəlif qurumlarının əməkdaşları iştirak ediblər. Oğurluq, dələduzluq, talama, qəsdən adamöldürmə, narkotik maddələrin satışı və istifadəsi, terror qruplaşmaları ilə əlaqə, qaçaqmalçılıq kimi bir çox cinayət maddələri ilə axtarışda olan bu şəxslər arasında beş və on il qəti həbs cəzasına məhkum edilənlər də var.

Onlar müvafiq tədbirlərdən sonra aidiyyəti məhkəmələrə yönləndiriliblər.

aia.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
10
aia.az

10Mənbələr