AZ

Azərbaycanda ixrac edilən qazın həcmi 8,5 mlrd. kubmetrə çatıb

Azərbaycanda

Bu ilin yanvar-aprel aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 9,6 mln. ton, ixraca nəql edilən həcmlər isə 7,9 mln. ton olub.

"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Bu dövrdə 500 mln.m3 artımla hasil edilmiş 16,7 mlrd.m3 qazın 8,5 mlrd.m3-i ixrac olunub.

Qeyd edilib ki, yanvar-aprel aylarında Avropaya 4,2 mlrd. kubmetr, Türkiyəyə 3,2 mlrd. kubmetr, Gürcüstana isə 1,1 mlrd. kubmetrqaz ixrac olunub.
“Bu dövrdə TANAP-la Türkiyəyə 1,8 mlrd. kubmetr qaz nəql edilib. Bu ilin 4 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2,7 faiz çoxdur”, - paylaşımda bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
2
xalqcebhesi.az

10Mənbələr