AZ

Cənubi Qafqazda aranı kim qızışdırır?

Bakı. Trend:

Şəkil 1. Gürcüstanda etirazçıların istifadə etdiyisloqanlardan: Yalnış nəslə ilişmişiniz, biz azadlığı seçirik,SSRİ-yə qayıtmaq – HEÇ VAXT

Ümumi məlumat: Hal-hazırda Cənubi Qafqazın ikiölkəsi Gürcüstan və Ermənistanda vəziyyət yenidən qarışmaqdadır.Gürcüstanda illik büdcəsinin 20%-dən çoxu xarici donorlar hesabınaformalaşan QHT-lər və media orqanlarının reyestrdən keçməsininəzərdə tutan “Xarici təsirin şəffaflığı haqqında” qanunlayihəsinin parlamentdən keçməsini qəbul etməyən kütlələrin etirazdalğası bürüyüb. İqtidar bu qanunu “demokratiyanı istənilən xaricimüdaxilədən qoruma” kimi təqdim etsə də, müxalifət “Gürcüstanda rusqanununa ehtiyac yoxdur, Avropa gürcü xalqının seçimidir” şəklindətəqdim edir. Digər tərəfdən etirazlara informasiya dəstəyi verənQərb başqa sözlə, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı da özmətbu orqanlarında qanunu Rusiyanın Gürcüstana təsir imkanınınartması üçün vasitə kimi təqdim edirlər. Məsələn, Aİ-ninbəyanatında deyilir: “Bu çox narahatedici hadisədir, qanununtəsdiqi Gürcüstanın Avropa İttifaqına gedən yoluna neqativ təsiredəcək və bu qanun Aİ-nin təməl normaları və dəyərlərinə uyğungəlmir.” Paradoksal vəziyyət ondan ibarətdir ki, ilk belə qanunABŞ-da 1938-ci ildə qəbul olunub və “Xarici Agentlərin Qeydiyyataktı” adı ilə hələ də qüvvədədir. Çox maraqlıdır ki, qanun RusiyadaABŞ-dan 73 il sonra 2011-ci ildə qəbul edilsə də, Qərb mediası onu“Rus qanunu” kimi təqdim edir və etirazçılar da sanki bu ideyadanbəslənirlər. Onu da qeyd etmək lazımdır ki, Gürcüstan QHT-lərin,xaricdən maliyyələşən qurumların çox olduğu ölkələr sırasındadır.Belə ki, elə də böyük əraziyə və əhaliyə malik olmayan Gürcüstanda25 000-ə yaxın QHT fəaliyyət göstərir və onların çox böyük birqismi Qərbdən maliyyələşir.

Trend xəbər verir ki, Ermənistandaisə Azərbaycanla sərhədlərin demarkasiya prosesinin tərkib hissəsiolaraq 4 kəndin Azərbaycana qaytarılmasını heç bir vəchlə qəbuletməyənlərin etiraz dalğası mayın 9-da paytaxt İrəvana da sıçrayıbvə etirazlara başçılıq edən arxiyepiskop Baqrat QalstanyanErmənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir.

Bu gün Gürcüstan və Ermənistanda baş verən prosesləri sadəcətəbii gedişatın nəticəsi, yaxud da ölkədə baş verənlərin məntiqinəticəsi kimi qəbul etmək yəqin ki, sadəlövhlük olardı. GürcüstanCənubi Qafqazın mühüm tranzit ölkəsidir. 2003-cü ildə bu ölkədəxarici dəstəklə “Qızılgül inqilabı” adı altında hadisələrin başverməsi heç kimə sirr deyil. 30 ildən çox qonşu dövlətin ərazisiniişğal edən, nəticədə Türkiyə ilə dövlət sərhədi hələ də bağlı olan,dənizlərə heç bir çıxışı olmayan, həmçinin də səbəb olduğumüharibəyə görə regionun bütün mühüm layihələrindən kənarda qalanErmənistanda da hal-hazırda müxtəlif siyasi qüvvələrin özmaraqlarını həyata keçirməyə çalışması məlumdur. Ermənistandahazırda davam edən etiraz aksiyaları da ölkə xaricindən idarəedilərək Gürcüstanda sınanmış eyni texnologiya və metodlarlaaparılmaqdadır.

Hal-hazırkı etirazların sosial bazasını araşdırmaq üçün hər ikiölkədə demoqrafik vəziyyətə nəzər salmaq lazımdır. Realçevrilişlərin müşahidə olunduğu ölkələrdə bu cür etirazlarabaşçılıq edən aparıcı qüvvələr şübhəsiz ki, gənclərdən təşkilolunur. Bu gün Gürcüstanda da, Ermənistanda da əhalinin nisbətənyaşlanması və siyasi proseslərin təsiredici gücü hesab olunangənclərin sayının azlığı müşahidə edilir. 2023-cü ilinstatistikasına görə, Gürcüstanda 15-29 yaşlıların sayı əhalininsadəcə 17,4 %, Ermənistanda isə bu faiz 17,9% təşkil edir. Ona görədə bu ölkələrdə hal-hazırda baş verən etiraz aksiyalarının sadəxalqın dəyişiklik istəyən gənc nümayəndələri tərəfindən təşkilolunduğunu iddia etmək olmaz.

Gürcüstan və Ermənistanda davam edən etirazlar vaxtı ilə keçmişYuqovlasiyada baş verən hadisələri xatırladır. Belə ki, 2000-ciildə keçmiş Yuqoslaviyanın tərkib hissəsi olan Serbiyada “Buldozerinqilabı” adı verilən və Slobadan Miloşeviçin devrilməsi ilə başaçatan inqilab baş verdi. Həmin dövrdə Serbiyada hakimiyyətindevrilməsi ilə sona çatan etirazların əsas hərəkətverici qüvvəsixaricdən maliyyələşən “Otpor” tələbə gənclərhərəkatı olmuşdur.

Şəkil 2: Serbiyada “Buldozer” inqilabı.

Ancaq həmin dövrdə və daha sonra hadisələri təhlil edənlərqətiyyən şübhə etmirlər ki, bu inqilab sadə xalq tərəfindən deyil,keçmiş Yuqoslaviya ərazilərində maraqları olan, bu respublikalarınmilli maraqlarına xidmət etməyən xarici qüvvələrin dəstəyi iləhəyata keçirilib. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki,“Associated Press” beynəlxalq informasiyaagentliyi 2000-ci ilin payızında, yəni inqilab başlayan ərəfədəYuqoslaviyaya xaricdən 34 milyon dollar pul köçürüldüyünüyazmışdı.[1] Onu da qeyd etmək lazımdır ki,“Otpor” təşkilatı ilə eyni funksiyanı Gürcüstan vəUkraynada həyata keçirən “Kmara”“Pora” adlı gənclər təşkilatların simvolları beləeynilik təşkil edir. Bunun özü xarici qüvvələrin eyni texnologiyavə metodları müxtəlif ölkələrdə birə-bir eyni ssenarilərlə istifadəetməsinə sübutdur.

Şəkil 3. Serbiya, Gürcüstan və Ukraynada baş verəndövlət çevrilişlərini həyata keçirən əsas gənclərtəşkilatları

Bütün bunlar o nəticəyə gəlməyə əsas verir ki,Gürcüstan və Ermənistanda hal-hazırda davam edən, Azərbaycanlamünasibətlərə də dolayı yolla təsir edən proseslər təsadüfi və yatəbii xarakter daşımır, əksinə fərqli mərkəzlərdən və əvvəlləristifadə olunan ssenarilərlə idarə olunur. Müasirtarix buna bənzər bir neçə hadisəyə şahidlik edib. Ancaq eynizamanda onu da qeyd etmək lazımdır ki, hazırda bu ölkələrdə mövcudolan siyasi qüvvələrin və elitaların biliyi və təcrübəsi çevrilişssenarilərinin baş tutmaması üçün kifayət qədər böyükdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
3
az.trend.az

4Mənbələr