AZ

İrəvanda etirazçıların saxlanması başlayıb » AzadMedia.az



Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən erməni müxalifətinin tərəfdarları səhər saatlarından etibarən İrəvanın mərkəzi küçələrini bağlamağa çalışırlar; Bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, fəallar mərkəzi Saxarov meydanına gəliblər. Yaxınlıqda dövlət binaları var. Xüsusi təyinatlı polis qüvvələri vətəndaşların ətraf küçələri bağlamasına mane olmağa çalışır.

Mayın 9-dan İrəvanın mərkəzində hökumət binası yaxınlığında Paşinyanın istefası, Azərbaycanla sərhədin delimitasiyası prosesinə son qoyulması və bir sıra sərhədyanı ərazilərin Azərbaycan tərəfinə verilməsi tələbi ilə mitinqlər keçirilir.

Mayın 10-da etiraz aksiyasına rəhbərlik edənlərdən biri olmuş “Vətən üçün Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Ermənistan sakinlərini ölkə boyu küçələri bağlamağa çağırıb.

Ötən gecə arxiyepiskop vətəndaş itaətsizliyi aktları vasitəsilə Ermənistan hakimiyyətinə daha sərt təzyiq göstərməyə çağırıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
azadmedia.az

2Mənbələr