AZ

Rusiyada 3D printerlə çap edilmiş dünyanın ən hündür binalarından biri tikiləcək

“Rusiyada 3D printer ilə çap edilən binanın ilk layihəsi dövlət ekspertizasından keçib və tikintiyə icazə alıb”.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, binada çoxfunksiyalı sosial-mədəni mərkəzi yerləşəcək. Tikinti Tatarıstan Respublikasının Malbaquş kəndində planlaşdırılır.

“Dövlət ekspertizası binanın təhlükəsizlik və etibarlılığın yüksək tikinti standartlarına cavab verəcəyini təsdiqləyib”, – “Tatneft”in tikinti təşkilatçıları bildiriblər. O da qeyd edilir ki, Rusiyada bu texnologiya ilə artıq 80-ə yaxın bina tikilib, lakin bu layihədəki tikili bütün dünyada ən hündür bina olacaq.

Binanın hündürlüyü 9,8 metr olacaq. Binada konsertlərin, görüşlərin, sərgilərin, filmlərin nümayişi və digər mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, binaya kitabxana, kompakt idman zalı, feldşer-mama məntəqəsi, poçt şöbəsi və kənd binası daxildir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
2
konkret.az

3Mənbələr