AZ

Rəsmi Qahirə: "İsrailin hücumları regional təhlükəsizliyi təhdid edir"

Rəsmi Qahirə: "İsrailin hücumları regional təhlükəsizliyi təhdid edir"



 09:05 14.05.2024     199

Misirin xarici işlər naziri Samih Şükri bəyan edib ki, İsrailin Qəzza zolağında, o cümlədən Rəfahda davam edən hücumları regionun sabitliyinə böyük təhlükə yaradır.

Demedia.az xəbər verir ki, Misir Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Şükri amerikalı həmkarı Antoni Blinkenlə telefon danışığı aparıb. Blinken və Şükri Qəzzadakı hadisələri, İsrailin Rəfahdakı hərbi "əməliyyatlarını" və humanitar yardımların ölkəyə daxil olmasına mane olan Rəfah Sərhəd Qapısının Fələstin tərəfini ələ keçirməsini müzakirə ediblər.

Şükri Qəzza və Rəfahda hərbi “əməliyyatların” davam etdirilməsinin regionun sabitliyinə böyük təhlükə yaratdığını vurğulayıb.

Bahadur Seyidov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
demedia.az

1Mənbələr