AZ

Əziz Yıldırım geri dönür: "Mourinyoya 2 saatlıq görüşdə dedim ki..."

“Fənərbaxça” klubunun sabiq prezidenti Əziz Yıldırım 6 il sonra yenidən klubun başına keçməyə həvəslənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə açıqlama verən Əziz Yıldırım klubun başıa keçərsə, məşhur məşqçi Joze Mourinyonu gətirəcəyini indidən bəyan edib.

Yıldırım "Mourinyo ilə 2 saat üz-üzə görüşdük, əgər seçilsəm, yəqin ki, onu gətirəcəyəm" deyə bildirib: "Fənərbağça" indi böyük məşqçilər və komandalarla rəqabət aparmalıdır. Mourinyoya dedim ki, "Fənərbağça"nın sənə, sənin isə "Fənərbaxça"ya ehtiyacın var. İnşallah seçkidə qalib gələr və onu da gətirərik".

Yıldıırm qeyd edib ki, namizəd olmağının səbəbi var: "6 ildir kənardan buraxdığımız səhvləri təhlil edib, namizədlik prosesinə başlayırıq. Heç kimlə döyüşməyəcəyik, amma "Fənərbağça"nı daha da böyük edəcəyik".

Əziz Yıldırım özünə yeni kpmanda formalaşdırmadığını da deyib: "Sosial mediada mənim adımdan idarə heyətinə üzvlüklə bağlı siyahı açıqlanır.  Hələ belə siyahısı hazırlamamışam. 15 mayda keçirəcəyim mətbuat konfransından sonra işə başlayacağam. O səbəbdən əvvəllər dəfələrlə qeyd etdiyim kimi, ağzımdan çıxmayan heç bir məlumata inanmayın..."

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
19
mia.az

10Mənbələr