AZ

Aya enən ilk ölkə Çin olacaq? - Proqnoz

ABŞ Aya qaradərili amerikalı və qadın astronavt da daxil olmaqla, komanda göndərməyi planlaşdırır.

Bakıvaxtı.az "BBC"yə istinadən bildirir ki, lakin təkcə Amerika deyil, Çin və Hindistan da oxşar proqramlar həyata keçirməyi nəzərdə tutub.

Çin administrasiyası 2030-cu ildə Ayda baza qurmağı hədəfləyir. Arizona Dövlət Universitetinin professoru Qosvaminin iddiasına görə, Çin 21-ci əsrdə kosmik tədqiqatlar və daimi baza yaratmaq məqsədi ilə Aya enən ilk ölkə olacaq.

Amerika isə 2028-ci il üçün eyni hədəfi qoysa da, bu proqram təxirə salınıb. ABŞ-nin bu məqsədə çatması milyarder İlon Maskın kosmik tədqiqat şirkəti olan "SpaceX"in "Starship" raketinin son versiyasını təqdim etməsindən asılıdır.

Digər tərəfdən, Hindistan gələn il ilk insanın kosmosa uçuşunu həyata keçirməyi planlaşdırır. Ölkə 2035-ci ilə qədər baza yaratmağı, 2040-cı ildə isə Ay bazasına astronavt göndərməyi hədəfləyir.

Qeyd edək ki, son illərdə Rusiya, Çin, Hindistan, Yaponiya və Avropa İttifaqı Ayın səthinə eniş etməyi bacarıb. lakin bu səfərlər pilotsuz olub.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
bakivaxti.az

1Mənbələr