AZ

Apellyasiya şikayəti zamanı tələbənin balı lazımi qədər artırılırmı? - VİDEO

Apellyasiya şikayəti zamanı tələbənin balı lazımi qədər artırılırmı? - VİDEO

Tələbə apelyasiya şikayəti verdikdə onun balı lazımi qədər artırılmır. Bu iddianı ölkədəki müxtəlif ali təhsil müəssisələrinin tələbələri irəli sürürlər.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı tələblər "Xəbər Ertəsi"nə danışıb. Onlar bildirirlər ki, bunun əsas səbəbi apelyasiya komissiyası üzvünün öz müəllim həmkarını qorumaq istəməsidir:

"Kafedra müəllimləri özləri bilirlər ki, nəticəni hansı müəllim yoxlayıb yaxud aşağı bal verib. Ona görə də müəllim yoldaşını qorumaq şərtilə həmin tələbənin bakını artırmır. Atırsalar 1 bal ancaq edirlər. 2 bal üçün izahat yazmalı olduğumuzu bildirirlər. Bu səbəbdən balları qaldırmaq istəmirlər".

Problem ilə əlaqədar bir sıra universitetlərin fikirləri alınıb. Memarlıq və İnşaat Universitetindən "Xəbər ertəsi"nə bildirildi ki, belə bir məsələ yoxdur. Tələbə haqlıdırsa, onun balı istənilən qədər artırıla bilər. 1 yaxud 2 balın artırılması isə rəqabətə ehtiyac olan halda edilir. Dövlət Neft və Sənaye Universitetindən deyilib ki, apelyasiya mərhələsi çox şəffaf keçirilir. Tələbə imtahan nəticəsindən razı deyilsə, apelyasiya komissiyasına müraciət edərək öz balını artıra bilər. İmtahan prosesi zamanı isə qiymətləndirmənin tələbə yönümlü olması isə tövsiyə edilir.

Ətraflı "Xəbər Ertəsi"nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
sonxeber.az

1Mənbələr