AZ

Belousov Rusiya ordusunda nəyi dəyişəcək? – Ekspert

Müdafiə naziri Sergey Şoyqunun vəzifəsindən uzaqlaşdırılması gözlənilən idi. Lakin onun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilməsi Şoyquya olan etimadın tam itmədiyini, əksinə, ona güvənildiyini sübut etdi. O ki qaldı mülki şəxsin - Andrey Belousovun müdafiə naziri təyin olunmasına, belə praktika bir çox ölkədə müşahidə olunur.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a hərbi ekspert Elxan Şıxəliyev Rusiya Müdafiə Nazirliyində baş verən kadr dəyişikliyinin ətrafında yaranan suallara aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyində yeniliklərin tətbiqi zəruri idi və yeni nazirin iqtisadçı olması qarşıya qoyulan məqsədlərə çatmağa hesablanıb:

"Rusiya prezidenti Müdafiə Nazirliyi adından bütün əməliyyatları, mümkün ola biləcək müharibə ssenarlərini Baş Qəragahla davam etdirmək qərarına gəlib. Valeri Gerasimov vəzifəsinin öhdəsindən gəldiyi üçün işinin başındadır. Müdafiə Nazirliyinin sırf hərbi əməliyyatlarını Baş Qərargah, iqtisadi və maliyə məsələlərini isə Belousov həyata keçirəcək. İndi müharibədə baş verənlər, Ukraynada əməliyyatlarda üstünlüyün Rusiya tərəfində olması Baş Qərərgahın vəzifələrini, hərbi-siyasi tapşırıqlarını yerinə yetirməsinin göstəricisi kimi qiymətləndirilib".

Ekspertin sözlərinə görə, Belousovun iqtisadçı kimi təcrübəsi müdafiə sisteminin fərqli istiqamətdə qurulmasına səbəb ola bilər:

"Bu təyinat Rusiya Müdafiə Nazirliyinin sanksiyalar altında daha müqavimətli fəaliyyətinə hesablanıb. Belousov Rusiya iqtisadiyyatının bu gün ayaqda qalmasının səbəbkarlarından biridir. Hazırda Rusiya üçün ən mühüm məsələ ordunun təminatıdır. Yeni nazirin bu məsələrdə təcrübəsi var".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
2
milli.az

3Mənbələr