AZ

Paşinyan yalnız bu yolla devrilə bilər – 18 nəfər öz adamı…

Ermənistanda uzun müddətdir ki, “Vətən uğrunda” hərəkatının təşkilatçılığı ilə etiraz aksiyaları keçirilir. Onun lideri arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir. Bəs hüquqi cəhətdən bu mümkündürmü?

Turkustan.az xəbər verir ki, Konstitusiya hüququ üzrə mütəxəssis Vardan Poqosyan belə bir tələbin hüquqi tərəflərini izah edib.

“Ermənistanın baş nazirinə etimadsızlıq bildirmək üçün parlament deputatlarının 1/3-nin, yəni 107 deputatdan 36-sının adından bəyanat tələb olunur. Bundan əlavə, deputatlar da hökumət başçısı vəzifəsinə öz namizədlərinigöstərməlidirlər. Milli Məclisdə müzakirə edildikdən sonra hər iki məsələ ilə bağlı bir anda səsvermə keçirilməlidir. Bu qərar layihəsinin qəbulu üçün 107 deputatdan 54-nün səsi lazımdır. Yəni müxalif deputatların səsi ilə yanaşı, hakim “Mülki Müqavilə” partiyasından olan 18 deputatın da səsinə ehtiyac var. Konstitusiyaya görə, Baş nazirə etimadsızlıq səsverməsi yalnız bu vəzifəyə namizədin təqdim olunması şərti ilə verilə bilər. Bu, ölkənin hökumət başçısısız qalmaması üçün vacibdir”, – ekspert bildirib.

Poqosyan bildirib ki, Konstitusiyaya görə, “Vətən naminə” hərəkatının lideri Baqrat Qalstanyanın ikinci vətəndaşlığının olması onun baş nazir postuna namizəd kimi irəli sürülməsini qeyri-mümkün edir.

“Yalnız 4 il Ermənistan vətəndaşı olan şəxs namizəd kimi çıxış edə bilər. Müxalifət deputatlarının istefa tələbinin hüquqi nəticələrə səbəb olmaması mümkündür. Çünki bu zaman parlamentin səsi qeyri-legitim olacaq. Ancaq belə bir qərar parlamentin buraxılması üçün imperativ tələb yaratmayacaq. Qısası, mövcud situasiyada Ermənistanın baş nazirinin istefası yalnız hakim partiyadan olan deputatların istəyi ilə mümkündür. Bu, etirazçıların təzyiqi və Paşinyanın mövqelərinin zəifləməsi ilə baş verə bilər”, – deyə Poqosyan vurğulayıb./globalinfo.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
turkustan.az

1Mənbələr