AZ

Polis qızla oğlanın öldüyü hadisə ilə bağlı Ali Məhkəməyə müraciət edildi

Samuxda yol qəzasında iki polis əməkdaşının ölümündə günahlandırılan Allahverdi Behbudovun barəsindəki qərardan kassasiya şikayəti verilib.   

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası mayın 17-nə təyin edilib.

 

Qeyd: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan hökmdən dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi protest və şikayəti təmin etməyib.

 

İttihama görə, hadisə 16 avqust 2020-ci il tarixində Samux rayonu ərazisində qeydə alınıb.

 

Hadisədə iştirak edən “NEW Holland TC-5050” markalı kombaynın sürücüsü, 1972-ci il təvəllüdlü Allahverdi Behbudov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

 

Bildirilib ki, hadisə vaxtı kombaynla 1998-ci il təvəllüdlü polis zabiti Elnur Çağırqanovun sürdüyü “Mercedes” markalı minik avtomobilinin toqquşması E.Çağırqanovun və sərnişini olan polis serjantı, 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının həyatını itirməsinə səbəb olub.

 

Kamal Məmmədov

Tarix: 14 May 2024, 08:53   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
pravda.az

1Mənbələr