AZ

BMT-nin baş katibindən "müharibə cinayəti" xəbərdarlığı

"Vətəndaş cəmiyyətini qəsdən hədəfə almaq və humanitar yardımı əngəlləmək müharibə cinayəti ola bilər".

Bakvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Sudanın Əl-Faşer şəhərində bir ildən çox davam edən müharibəyə toxunan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Qutereş deyib.

Onun sözlərinə görə, Sudanda əhalinin sıx məskunlaşdığı ərazilərdə ağır silahlardan istifadə olunması mülki infrastrukturun zədələnməsinə səbəb olub.

"Dünyanın ən böyük köçkünlük və aclıq böhranının yaşandığı Sudanda münaqişələr nəticəsində 15 mindən çox insan həyatını itirib, təxminən 8,5 milyon insan didərgin düşüb və 25 milyondan çox insan humanitar yardıma ehtiyac duyur. Hazırda bölgədə artan qarşıdurma 800 min insanın həyatını riskə atıb. Aclığın hökm sürdüyü Əl-Faşer şəhərinə humanitar yardımın sürətli və maneəsiz çatdırılması təmin olunmalıdır".

Tərəfləri münaqişəyə dərhal son qoymağa çağıran Quterreş atəşkəs danışıqlarının gecikmədən başlamasını istəyib.

Qeyd edək ki, 2023-cü ilin aprel ayında başlayan və 18 əyalətdən ibarət Sudanın 10 əyalətində davam edən müharibədə ordu şimal və şərq əyalətlərinə, Çevik Dəstək Qüvvələri (HDK)  isə qərb və cənub əyalətlərinə nəzarəti ələ keçirib. Müharibəyə son qoymaq üçün Səudiyyə Ərəbistanı və ABŞ-nin vasitəçiliyi ilə başlanmış Ciddə danışıqları, Misirin başçılıq etdiyi qonşu Sudan dövlətlərinin sülh təşəbbüsü, Şərqi Afrikada İnkişaf üzrə Hökumətlərarası Təşkilatın (IGAD) səyləri və 2012-ci ildə keçirilən danışıqlar Bəhreynin paytaxtı Manama isə nəticəsiz qalıb.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
bakivaxti.az

1Mənbələr