AZ

Azərbaycanın COP29 tədbiri: İqlim şəffaflığı üçün birgə səylər

COP29 Azərbaycan, BMTİP və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) ilə tərəfdaşlıq çərçivəsində İkiillik Şəffaflıq Hesabatlarının (BTRs) vaxtlı-vaxtında təqdim olunmasının təşviq edilməsi üçün əlverişli mühitin yaradılması məqsədilə ikigünlük təlim seminarı təşkil edib.

QHT.az xəbər verir ki, seminar Together 4 Transparency şüarı ilə keçirilən ilk və vacib fəaliyyətlərdən biridir. Bu, Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinə (ETF) hazırlıq, xüsusilə bu il BTRs hesabatlarının təqdim edilməsi, Paris Sazişinin uğurla həyata keçirilməsində bütün tərəflərin çalışacağını təmin etmək üçün qüvvələrin birləşdirilməsinə sadiq maraqlı tərəflərdən ibarət qrupları bir araya gətirən bir təşəbbüsdür.

COP29 Rəyasət Heyəti və BMTİP Azərbaycanın təşkilatçılığı, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən təlim seminarı, iştirakçıları BTRs hesabatların hazırlanması üçün müvafiq alətlər və üsullarla tanış etməklə potensialın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
qht.az

2Mənbələr