AZ

Sonuncu almanın evi: Zirzəmidən nə üçün istifadə EDİRDİ? - VİDEO

Sonuncu almanın evi: Zirzəmidən nə üçün istifadə EDİRDİ? - VİDEO

Göygöl şəhərində 6 küçə almanlar tərəfindən salınıb. Hansı ki, bu küçələrdə həmin dövrlərin alman memarlığına xas olan evlər tikilib. Həmin evlərdən biri də Göygöldə yaşamış sonuncu alman Viktor Klaynın evidir. Göygöl şəhərinin Aydın Hacıyev küçəsində yerləşən Klaynın evi 1886-cı ildə inşa edilib. Onun evi ötən il qədimliyini qorumaqla əsaslı şəkildə təmir-bərpa edilib.

Sonxeber.az xəbər verir ki, sözügedən ev ilə bağlı Azərbaycan İstiqlal Muzeyinin elmi fond üzrə müdir müavini Aidə Axundova "Apa TV"yə danışıb:

"Viktor Klaynın Azərbaycanda yaşayan axırıncı almanlardan olub. Dünyasını dəyişməmişdən belə bir qərara gəlib ki, evini hədiyyə versin. Ev alman səfirliyinə hədiyyə olunub. Onlarda həmin evi bizim dövlətimizə hədiyyə olaraq veriblər. Bizim dövlətimiz həmin evi qoruyub saxlayır. Orada çox gözəl təmir işləri aparılıb. Viktor Klaynın hər bir əşya öz yerini tutub".

Viktor Klayn 1935-ci ildə Göygöl şəhərində anadan olub. Uzunömür yaşayan Klaynın atası rus, anası isə alman olub. O ixtisasca isə radiotexnik olub. Ailə həyatı qurmayıb. 1941-ci ildə SSRİ ərazisində almanları sürgün edəndə qarışıq ailələrə toxunmurdular. Bu səbəbdən onun ailəsi sürgün edilməyib. Viktor Klayn çox gözəl səsə malik olub. O bir çox Azərbaycan musiqilərini bilib.

Ətraflı "Apa TV"nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
sonxeber.az

1Mənbələr