AZ

Avropa İttifaqı ağır avtomobillərin emissiyalarını azaldır

Avropa İttifaqı (Aİ) Şurası üzv ölkələrdə ağır nəqliyyat vasitələrinə emissiya qaydaları tətbiq etmək üçün hazırlanmış qanunu qəbul edib.

Bakıvaxtı.az "NTV"yə istinadən bildirir ki, yeni qaydalar yük maşınları və avtobusların yaratdığı çirklənmə və karbon emissiyalarını azaldacaq.

Yeni qərarın 16 tondan çox ağır nəqliyyat vasitələrinin tullantılarını 2030-cu ildən 45 faiz, 2035-ci ildən isə 65 faiz azaldacağı proqnozlaşdırılır. 

Qərara əsasən, 2040-cı ildən etibarən satılacaq yeni yük maşınları və avtobuslar kimi müxtəlif ağır nəqliyyat vasitələrinin emissiyaları 90 faiz aşağı olmalıdır. Bu hədəf 2035-ci ildən etibarən 7,5 tondan artıq yük maşınlarına, vaqonlara və müxtəlif digər nəqliyyat vasitələrinə də şamil ediləcək.

Bundan başqa, 2030-cu ildən etibarən AB-də satılan yeni şəhər avtobuslarının 90 faizi, 2035-ci ildən etibarən isə hamısı sıfır emissiyalı olacaq. Şəhərlərarası avtobuslar bu hədəfdən azad ediləcək.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
bakivaxti.az

1Mənbələr