Zaqatalada baş verən dəhşətli qəzada ölənlərdən biri qazi olub.
Pravda.az lent.az-a istinadən xəbər verir ki, qəzada həlak olan Samir Həsənov həm də Zaqatala rayonu, Bəhmətli kənd orta məktəbində hərbi hazırlıq müəllimi vəzifəsində çalışırmış.
Qeyd edək ki, VAZ-21013 markalı avtomobilin "Chevrolet" markalı avtomobilə çırpılması nəticəsində Samir Həsənov ağır xəsarət alıb, xəstəxanaya çatdırılsa da, orada vəfat edib.
Fotoları təqdim edirik
Tarix: 14 May 2024, 08:25