AZ

Müəllimlik peşəmi Şuşada davam etdirəcəyim üçün xoşbəxtəm – Şuşa sakini

Bakı. Trend:

Müəllimlik peşəmi doğma Şuşada davam etdirəcəyim üçünxoşbəxtəm.

Bunu Trend-ə açıqlamasında Şuşa sakini Ağayeva Sevda deyib.

Onun sözlərinə görə, 18-19 yaşında tələbə olarkən Şuşanı tərketmək məcburiyyətində qalıb.

“Tələbəlik illərimin yarısında Şuşadan çıxmışdım. İndi isə birmüəllim kimi öz ailəmlə birlikdə doğma yurda qayıdıram.
Bizə bu günü yaşadan Ali Baş Komandanımıza dərin minnətdarlığımıbildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizəcansağlığı versin”, - deyə o bildirib.

Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinə 38 ailə - 136 nəfərköçürülüb. Beləliklə, indiyədək Şuşa şəhərinə 58 ailənin, yəni 224nəfərin daimi məskunlaşması təmin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
1
az.trend.az

2Mənbələr