AZ

Bu qadın 16 il heç nə yemədiyini və içmədiyini iddia edir

Efiopiyadan olan 26 yaşlı Muluvork Ambav ömrünün son 16 ilini heç nə yemədən və içmədən keçirdiyini iddia edir.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Muluvork Ambav 10 yaşında ikən iştahasının birdən-birə kəsildiyindən yeməkdən həmişəlik imtina etdiyini bildirir. Buna baxmayaraq, Ambavın səhhətinin yaxşı olduğu, başqaları üçün yemək hazırlamaq və müxtəlif tapşırıqları yerinə yetirmək kimi gündəlik işləri yerinə yetirmək baxımından kifayət qədər enerjisi olduğu bildirilir.

 

Gənc qadın Efiopiyada bir neçə tibbi müayinədən keçib, lakin heç kim onun həqiqəti danışıb-danışmadığını təsdiq edə bilməyib. Hərçənd ki, Əddis-Əbəbədəki xəstəxananın həkimləri müayinə zamanı onun bağırsaqlarında heç bir qida maddəsinin olmadığını təsdiqləyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
3
modern.az

4Mənbələr