AZ

İran, HAMAS, su və təhlükəsizlik - «Moody's» İsrailin risklərlə dolu – YENİ REYTİNQİNİ AÇIQLADI 

«Moody's» reytinq agentliyi İsrail hökumətinin xarici və yerli valyutada A2 səçviyyəsində reytinqini təsdiqləyib. Agentliyin İsrailin iqtisadi vəziyyəti ilə bağlı proqnozu isə «neqativ»dir. 

Ukraynanın Rusiyada zərbə vura bildiyi ərazilər - 3 UKRAYNA BÖYÜKLÜKDƏDİR

FED.az xəbər verir ki, İsrailin xarici valyutadakı reytinqi isə «Aaa» səviyyəsində təsdiqlənib. Buna səbəb ABŞ-ın İsrail kağızlarına verdiyi qarantiyadır. USAID təşkilatının vasitəsilə ötürülən qarantiyaya əsasən İsrailin ödənişlərlə bağlı hər hansı çətinliyi olsa ABŞ 3 gün ərzində dəstək göstərəcək. 

«Moody's»un fikrincə  İsrailin «A2» reytinqi hazırda ölkənin qarşılaşdığı geopolitik riskləri göstərir. Agentliyin açıqlamasında deyilir ki, baza ssenariyəyə görə, İsrail və XAMAS, «Hizbullah» arasındakı münaqişə davm edəcək.  

Hesabata əsasən, geosiyası gərginliyə baxmayaraq İsrailin iqtisadi vəziyyəti kifayət qədər sabitdir, ölkədən valyuta axını müşahidə edilmir, Xarici valyuta ilə əməliyyatlarda isə Mərkəzi Bankın valyuta buferi nəhəngdir – ÜDM-nin 40%-i və ya 200 milyard dollar. 

«Moody's» hesab edir ki, geosiyasi gərginliyə və son vaxtlar İranla İsrail arasında zərbə mübadilələrinə baxmayaraq bu qarşıdurmanın böyük insan və iqtisadi itkilərə səbəb olacaq konfliktə çevrilməsi ehtimalı aşağıdır. 

2023-cü ilin okbyatrında başlanan qarşıdurmadan sonra 2024-cü ilin fevralında artıq iqtisadiyyat öz ritminə qayıdıb, yəni kreiti kartları ilə əməliyyatların həcmi, məşğulluq göstəriciləri 2023-cü ilin okttyabrındakı dövrə qayıdıb. 2023-cü ilin son rübündə iqtisadi zəiflik müşahidə edilsə də, ölkədən investisiyaların çıxışından söhbət getməyib. Əksinə 2024-cü ilin 1-ci rübündə təkcə yüksək texnologiya sektoruna 1,74 milyard dollar yatırılıb. 

«Moody's» gözləyir ki, bu il ölkədə iqtisadi artım azalacaq və 0,6%-ə enəcək, bu göstəricinin də 2025-ci ildə yenidən artacağı gözlənilir. 
Qeyd edək ki, 2024-cü ildə İsrailin dövlət büdcəsinə dəyişiklik edilib və hərbi xərclər 19 milyard dollar (ÜDM-nin 3,7%-i qədər) artırılıb. Eləcə də büdcəni dəstəkləmək üçün ƏDV vergisinin dərəcəsi 17%-dən 18%-ə qaldırılıb.  

Eyni zamanda ABŞ-da İsrailə hər il göstərdiyi 3,8 milyard dollarlıq ənənəvi yardımla yanaşı, bu il 17 milyard dollar əlavə yardım ayırıb. 
İsrailin bel dəstəyə ehtiyacı var – belə ki, 2024-cü ilin 1-ci rübündə İsraildə büdcənin gəlirləri cəmi 0,3% artsa da, xərcləri 38% artıb. Ümumilikdə «Moody's» hesab edir ki, İsraildə dövlət büdcəsinin çətinlikləri konfliktə görə, hələ bir müddət davam edəcək. 

Belə ki, ölkənin şimalında «Hizbullah» təşkilatının zərbələri İsrailə, infrastruktura, dövlət qurumlarına və büdcəyə gözləniləndən daha artıq zərər vura bilər. 
Bundan başqa, Agentlik qeyd edirki, İsraildə ciddi sosial problemlər var. İlk növbədə XAMAS-ın hücumu göstərdi ki, ölkədə təhlükəsizlik heç də gözlənilən səviyyədə deyil. Bundan başqa, XAMAS-la möhkəm sülh razılaşması hələlik real görünmür. 

Digər tərəfdən, ölkədə demoqrafik problemlər və ayrı-ayrı qruplar arasında yaşayış səviyyəsi, gəlirlər, ixtisas səviyyəsi və əmək bazarında iştirakla bağlı böyük fərqlər var 
Eyni zamanda ölkə ekoloji risklərə qarşı həssasdır, onlardan ən əsası su stressidir. İsraildə su çatışmazlığı onun susuz zonada yaşamasıı ilə bağlı risklərdən biridir. Bu baxımdan ölkədə suyun səmərəli istifadəsi, o cümlədən damcı suvarma sisteminin tətbiqi ilə bağlı aparılan işlər vacibdir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
13
fed.az

10Mənbələr