AZ

Hotelə apardığı qadını 50 manata görə döydü - HÖKM

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Fərrux Kərəmovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınıb.

 

İttihama görə, hadisə 13 mart 2024-cü il tarixdə, gecə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Bakı-Sumqayıt şosesində yerləşən “Ağ” hotel istirahət kompleksində qeydə alınıb.

 

Belə ki, Fərrux Kərəmov hotelin otaqlarının birində yüngül dərəcəli alkoqol sərxoşluğunda olarkən yeni tanış olduğu zərərçəkmiş Leyla Dadaşova (şərti) ilə görüşüb. Bu zaman o, qadına vermiş olduğu 50 manat pulu geri almaq istəyib. Leyla isə buna etiraz edib. Sonra onların arasında mübahisə yaranıb. Fərrux mübahisə əsnasında zərərçəkmiş şəxsin üzərinə hücum edib qəsdən əli ilə onun boğaz nahiyəsindən tutaraq sıxıb. Sonra o, qadının saçından tutaraq onun başını divara vurub, həmin zərbələrdən yerə yıxılan Leylanın baş və bədəninin müxtəlif nahiyələrinə əl və ayaqla ardıcıl zərbələr endirib. Nəticədə Fərrux zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurub.

 

Hadisədən sonra Fərrux Kərəmov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 14 May 2024, 08:20   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
pravda.az

1Mənbələr