AZ

Azərbaycan və Özbəkistanın gender zorakılığına qarşı mübarizə təşəbbüsləri - FOTOLAR

BMT-nin İnkişaf Proqramının Azərbaycan Ölkə Ofisi Özbəkistandakı həmkarlarla birlikdə Daşkənd və Səmərqənd şəhərlərinə tanışlıq səfəri təşkil edib.

QHT.az xəbər verir ki, tanışlıq səfərinin əsas məqsədi BMTİP və 9 Qadın Resurs Mərkəzi əməkdaşını Özbəkistanda həm yerli hökumət orqanları, həm də QHT-lərin gender zorakılığına qarşı mübarizə təşəbbüsləri ilə tanış etmək olub. Bu səfər həm də ölkədə gender zorakılığının səbəblərini daha yaxından nəzərdən keçirməyə və hökumətin bu problemdən əziyyət çəkən insanlar üçün təhlükəsiz şərait yaratmaq səyləri ilə tanış olmağa imkan verib.

Nümayəndə heyəti BMTİP-nin Özbəkistan Ölkə Ofisi, Özbəkistan Respublikası Ali Məclisi Senatı, Zorakılıq Qurbanlarının Reabilitasiyası və Adaptasiyası üzrə Respublika Mərkəzi, Ailə və Qadın İşləri üzrə Komitəsi kimi önəmli qurumlarda olub, "Nihol", "Rəhimdilik cəmiyyəti", "CISC" və "Səbr" kimi nüfuzlu QHT-lərə, həmçinin "Testo" kafesinə baş çəkib.

Səfər Özbəkistan Respublikası Ali Məclisi Senatının Qadın İşləri və Gender Bərabərliyi Komitəsi, habelə Dövlət Sosial Müdafiə Agentliyi, Dövlət Xidmətlərinin İnkişafı Agentliyi, Ali Təhsil, Elm və İnnovasiya Nazirliyi, Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi kimi əsas dövlət qurumlarının nümayəndələri ilə yüksək səviyyəli görüşlə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
qht.az

1Mənbələr