AZ

Hər bir azərbaycanlı kimi biz də xoşbəxtik - Ağdam sakini

Bakı. Trend:

Bu gün hər bir azərbaycanlı kimi biz də doğma yurda qayıdışagörə xoşbəxtik.

Bunu Trend-ə açıqlamasında Ağdam sakini Yeganə İbadovadeyib.

Onun sözlərinə görə, bu gün rəfiqəsini Şuşaya yola salır.

"Biz Ali Baş Komandanımıza minnətdarıq. Allah şəhidlərimizərəhmət eləsin, qazilərimizə şəfa versin.

Hər bir azərbaycanlı kimi Qarabağ torpaqları ürəyimizdə birqübar idi. İllərlə Qarabağ həsrəti ilə yaşamışıq.

Özüm müəlliməm. İllərlə şagirdlərimə Qarabağı anlatmışam.Qarabağ acısını onlara çatdırmağa çalışmışam. Bu gün isə çoxxoşbəxtik. Fəxr edirik ki, azərbaycanlıyıq, Azərbaycan xalqınınnümayəndəsiyik. Zəfərimizlə dünyaya səs salan bir xalqın övladıyıq.Bizə o torpaqları azad edən, bəxş edən hər bir kəsə minnətdarıq.Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bizim onlara ödənilməzborcumuz var. Nə qədər Azərbaycan xalqı yaşayacaqsa, o qədər dəşəhidlərimiz xatırlanacaq və onlara dəyər veriləcək", - deyə obildirib.

Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinə 38 ailə - 136 nəfərköçürülüb. Beləliklə, indiyədək Şuşa şəhərinə 58 ailənin, yəni 224nəfərin daimi məskunlaşması təmin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
az.trend.az

1Mənbələr