AZ

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

“İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir”.

Bunu Sunja Şəhər Şurasının sədr müavini Adam Kalimatov bildirib.

Onun sözlərinə görə, İnquşetiya hökuməti yaxın iki ildə stansiyanın fəaliyyətini bərpa etməyi planlaşdırır.

“Hökumət dəmir yolunun bəzi hissələrini boşaltmaq və onları qorumaq üçün konkret addımlar atır. Yerli sakinlərlə izahedici işlər aparılır, yollar təmizlənir”, - deyə o əlavə edib.

Kalimatov Sunjadakı dəmiryol stansiyasının qonşu Çeçenistanda döyüşlərdən əvvəl mövcud olduğunu, sonradan stansiyanın fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığını qeyd edib.

“Stansiya hələ də Rusiya Dəmir Yollarının balansındadır. Onlar stansiyanı iki il ərzində, 2026-cı ilə qədər yenidən bərpa edəcəklərinə söz veriblər. Onun işə salınması ilə bizim Mahaçqala, Qroznı və Bakı ilə birbaşa əlaqəmiz olacaq. Müvafiq şəraiti və yeni iş yerləri olan beynəlxalq stansiya olacaq”, - deyə şəhər şurasının nümayəndəsi bildirib.

Mənbə: İnterfaks (Rusiya)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
oxu.az

1Mənbələr