AZ

Daha bir general saxlanıldı

Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbsindən sonra növbə nazirliyin Kadrlar Baş İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsova çatıb. O da saxlanılıb. 

Kuznetsov daha əvvəl Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Səkkizinci İdarəsinə (Dövlət Sirlərinin Mühafizə Xidmətinə) rəhbərlik edib.

Cebhe.info"  xəbər verir ki, bu barədə TASS-a ölkənin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib:

“General-leytenant Kuznetsov cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. İşin istintaqı Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən aparılır. Artıq müstəntiq general barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib”.

Eyni zamanda, “Baza” "Telegram" kanalı mayın 13-də 235-ci Qarnizon Hərbi Məhkəməsinin mətbuat xidmətinin Kuznetsov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material dərc etdiyinə diqqət çəkib. Məhkəmə iclası saat 18:25-də baş tutub, məhkəmənin qərarı bəlli deyil.

Həbsin zamanı dəqiq açıqlanmadığından bunun nazirlikdəki kadr dəyişikliyi ilə əlaqəsinin olub-olmadığı bəlli deyil. 

Xəzər

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
5
cebheinfo.az

10Mənbələr