AZ

Blinkenin qəfil səfəri

ABŞ-nin dövlət katibi Antoni Blinken Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

"Cebhe.info" xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Adı açıqlanmayan ABŞ rəsmisinin sözlərinə görə, Blinken səfəri zamanı Kiyevin müdafiəsini gücləndirmək və döyüş meydanında təşəbbüsü bərpa etmək məqsədilə ABŞ-nin silah təchizatından necə istifadə etməyi planlaşdırdığını müzakirə etmək niyyətindədir.

Bildirilib ki, Blinken əvvəlcədən elan olunmamış səfərə qatarla gedib.

Agentlik qeyd edib ki, bu, ABŞ Konqresinin Kiyevə hərbi dəstək üçün əlavə vəsait tələbini təsdiqləməsindən sonra yüksəkvəzifəli amerikalı məmurun Ukraynaya ilk səfəridir.

Xəzər

"Cebhe.info"

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
cebheinfo.az

1Mənbələr