AZ

Şuşaya növbəti köç karvanı yola salındı

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

“Qafqazinfo” xəbər verir ki, köç karvanı mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Şuşa şəhərinə Bakı şəhərindən – 26 (89 nəfər), Bərdə rayonundan – 3 (12 nəfər), Sumqayıt şəhərindən – 2 (10 nəfər), Ağcabədi rayonundan – 2 ailə (8 nəfər), Samux rayonundan – 2 (6 nəfər), Zaqatala rayonundan – 1 (5 nəfər), İsmayıllı rayonundan – 1 (3 nəfər), Ağdaş rayonundan – 1 ailə (3 nəfər) olmaqla ümumilikdə daha 38 ailə – 136 nəfər köçürülür.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 58 ailə (224 nəfər) köçürülüb.

Seçilən
148
12
qafqazinfo.az

10Mənbələr