AZ

Qulaq ağrısının təbii üsulla müalicəsi

Qulaq ağrısı Ciddi bir xroniki xəstəliyin xəbərçisi olaraq can sıxır. Mütəxəssislər ağrılara qulaqla əlaqədar ya da boyun qulaq bölgəsinə yaxın linfa vəzlərinin bir problemi, çənə sümüyündə deformasiya və diş ağrısının səbəb ola biləcəyini ifadə edir.

Keçməyən və uzun müddət davam edərsə qulaq agrisi mütəxəssis bir həkim tərəfindən görülməsi lazım olduğunu deyən mütəxəssislər, qulaq ağrılarına yaxşı gələ biləcək təbii qarışıqlar təklif edir:

- 1 çay qaşığı sirkə ilə yarım çay qaşığı gül yağını qarışdırın. Ağrıyan qulağın içinə 2-3 damla damladın.

- Bir miqdar təzə gicitkən yarpağını təmizləyib yuyun. Daha sonra nəmli halda mikserdən keçirin. Qatlanmış bir tənzifin arasına, sulu sıyıq halına gəlmiş gicitkəni qoyun. Tənzifi ağrıyan qulağın arxasına yerləşdirin.

- Kiçik bir baş soğanı qabıqlarından ayırın. Daha sonra mikserdən keçirin. Bir tənzif köməyiylə suyunu çıxarıb, bir pambığın üzərinə 2-3 damla tökün. Sonra ağrıyan qulağın içinə tampon edin.

- Kiçik bir qara turbun qabıqlarını təmizləyin. Yuduqdan sonra mikserdən keçirərək bir tənzif köməyiylə sıxın. Çıxan suyu 2-3 damla ağrıyan qulağın içinə tökün.

- Bir miqdar sarımsağı qabıqlarından ayırın. Mikserdə keçirdikdən sonra bir tənzif köməyiylə suyunu çıxarın. Küçük bir pambığın üzərinə 2-3 damla tökdükdən sonra ağrıyan qulağa tampon olaraq istifadə edin.

Kiçik bir qabın içinə incə doğranmış bir ovuc çobanyastığı qatılıb, qaynatdıqdan sonra süzərək ağrıyan qulağın içinə 2-3 damla tökün.

- Kiçik bir almanı soyun. Mikserdən keçirin. 3 damla ağrıyan qulağın içinə damladın.

- Bir miqdar nanəni mikserdən keçirin. Çıxan suyunu pambığın üzərinə 2-3 damla tökün. Ağrıyan qulağa tampon edin.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
big.az

1Mənbələr