AZ

Rusiya ordusu Ukraynanın daha bir kəndini işğal edib

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Lukyanivtsi kəndini işğal edib.

“Report” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinə yaxın OSINT-layihə olan “DeepState” teleqram kanalı açıqlayıb.

Bildirilib ki, işğalçı qüvvə regionun Vovçansk şəhərinin yaxınlığında, Hlıboke, Yahidne, Pervomayski, Krasnohorivka və Verbove ərazilərində irəliləyib. Eyni zamanda, Zelenedəki vəziyyətə aydınlıq gətirilib. Bu yaşayış məntəqəsi ilə uzun müddət əlaqə yox idi, bu səbəbdən işğal edildiyi güman edilirdi.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri mayın 10-dan Ukraynanın Xarkov vilayəti istiqamətində irəliləməyə başlayıb. Mayın 11-də Rusiya Müdafiə Nazirliyi bölgənin altı yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb. Bir müddət sonra Ukrayna Silahlı Qüvvələri bəzi ərazilərdən geri çəkildiyini etiraf edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
7
report.az

10Mənbələr