AZ

Bakıda “İslam dünyasının mədəni irsinin qorunub saxlanması” adlı konfrans keçiriləcək

Bakı. Trend:

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) mayın15-16-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ciildönümünə həsr edilmiş "İslam dünyasının mədəni irsinin qorunubsaxlanması" mövzusunda beynəlxalq elmi-praktik konfranskeçirəcək.

BMA-dan Trend-ə bildiriblər ki, konfransda Azərbaycan, Rusiya,Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkiyə və İrandan olanbakalavr və magistrlər iştirak edəcəklər. Tədbir üzbəüz və distantformatda keçiriləcək, məruzələr iştirakçıların seçimi iləAzərbaycan, rus, ingilis və türk dillərində təqdim olunacaq.Konfransın proqramına musiqi sənəti, mədəniyyətşünaslıq vəpedaqogika sahəsinin əsas tematik istiqamətlərinə aid 47 məruzədaxil edilib.

Konfrans çərçivəsində BMA-nın magistri Samra QaziyevanınAzərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun 90 illik yubileyinəhəsr olunmuş "Arif Məlikovun "Dalğalar" Operettası" kitabınıntəqdimatı keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
az.trend.az

1Mənbələr