AZ

KİV: Blinken bu həftə Kiyevə səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken bu həftə Ukraynaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Konkret tarix açıqlanmasa da bildirilib ki, “Kiyevdə yollar çərşənbə axşamı və çərşənbə günü təhlükəsizlik xidmətləri tərəfindən bağlanacaq”.

Dövlət Departamenti hələlik səfərlə bağlı rəsmi açıqlama verməyib.

Blinkenin dünən yayımlanan həftəlik tədbirlər cədvəli cümə gününə qədər boşdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
apa.az

1Mənbələr